Dünən

Hakan Fidan: “Suriya münaqişəsinə dərhal son qoyulmalıdır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Suriyadakı münaqişəyə dərhal son qoymalı olduğunu bildirib.

Təhlil.az xəbər verir ki, Fidan ABŞ-nin Suriyada oynadığı konstruktiv rolu dəstəklədiyini və Türkiyənin münaqişənin davamlı sona çatması üçün onlarla işləməyə hazır olduğunu bildirib.

Türkiyə XİN başçısı bildirib ki, İsrailin Suriya ərazisinə müdaxiləsi problemi daha da ağırlaşdırır və Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə hər hansı bir hücum həm də regional sülh səylərinə zərbə vurur.

Qeyd edək ki, ABŞ-nin Türkiyədəki səfiri cümə günü bildirib ki, 300-dən çox insanın ölümünə səbəb olan və əsasən druzların yaşadığı bölgədə günlərdir davam edən qan tökülməsindən sonra İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?