Dünən
İsrail və Suriya atəşkəsə razılaşdı

İsrailin baş naziri Benyamin Netanyahu və Suriyanın prezidenti Əhməd əl-Şaara atəşkəs barədə razılığa gəliblər.
Təhlil.az xəbər verir ki, bu barədə münaqişənin həlli prosesində iştirak edən əsas fiqurlardan biri, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Diplomatın sözlərinə görə, əldə olunmuş razılaşma Türkiyə və İordaniya tərəfindən də dəstəklənib.
“Druzları, bədəviləri və sünniləri silahı yerə qoymağa və yeni, vahid Suriya qurmağa çağırırıq”, – deyə, amerikalı diplomat əlavə edib.
Dünən