Dünən

Ukraynadan Moskvaya PUA hücumu

İyulun 21-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 15 Ukrayna pilotsuz təyyarəsini vurub. Təhlil.az xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, PUA-nın qalıqları Yeni Moskvanın Kiyev qəsəbəsi ərazisinə düşüb.
“Fövqəladə hallar xidməti işləyir, bütün lazımi tədbirlər görülür. "İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat yoxdur", - Sobyanin bildirib.
“Rosaviatsiya” gecə saatlarında Moskvanın bütün dördhava limanının: Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovskinin fəaliyyətinə məhdudiyyətlər qoyub. Məhdudiyyətlər təxminən üç saat ərzində qüvvədə olub, sonra ləğv edilib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?