Yaponiyanın hakim koalisiyası parlament seçkilərində məğlub olub

Yaponiyanın Liberal Demokratik Partiyası (LDP) və Komeito Partiyasının hakim koalisiyası bazar günü keçirilən seçkilərdən sonra parlamentin yuxarı palatasındakı yerlərinin çoxunu itirib. Təhlil.az xəbər verir ki, bunu regional və əyalət seçki komissiyalarının məlumatları sübut edir.
Bu, Baş nazir Şiqeru İşibanın rəhbərlik etdiyi hakim blokun ardıcıl ikinci məğlubiyyətidir. Keçən ilin payızında o, parlamentin əsas aşağı palatasında çoxluğunu itirsə də, müxalifət düşərgəsindəki fikir ayrılıqları sayəsində azlıq hökuməti yarada və hakimiyyətdə qala bildi. Müşavirlər Palatasında çoxluğu qorumaq üçün 51 yerə ehtiyacı olan LDP və Komeito yalnız 47 mandat təmin edə bildi.
Bu seçkilər nəticəsində hakim blok yuxarı palatada 28 yer itirib. Beləliklə, baş nazirin rəhbərlik etdiyi koalisiya indi 248 mandata malik parlamentin yuxarı palatasında cəmi 122 yerə sahibdir.
Keçmiş baş nazir Yoşihiko Nodanın rəhbərlik etdiyi ana müxalifətdəki Konstitusiya Demokratik Partiyası son seçkilərdə 22 mandat qazanaraq, mandatların ümumi sayını 38-ə çatdırıb.