Dünən

"Qarabağ"ın UEFA Avropa Liqasındakı potensial rəqibləri bəlli olub

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Təhlil.az xəbər verir ki, püşkatmada "Qarabağ"ın potensial rəqibləri də müəyyənləşib.

Ağdam klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya təmsilçisı “Şelburn”a uduzacağı təqdirdə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?