Almaniya və ABŞ razılaşdı: "Patriot" sistemləri Ukraynaya göndərilir

Ukrayna yaxın həftələrdə “Patriot” hava hücumundan müdafiə sistemlərini təhvil alacaq.
Təhlil.az xəbər verir ki, hazırda bu proses Almaniya və ABŞ Müdafiə nazirliklərinin koordinasiyası ilə həyata keçirilir.
Almaniyanın kansleri Fridrix Merts məsələ ilə bağlı bunları deyib: “Avropadan Ukraynaya yeni "Patriot" sistemlərinin göndərilməsi və onların ABŞ tərəfindən əvəzlənməsi ilə bağlı razılıq əldə olunub. Çünki biz öz müdafiə qabiliyyətimizi də saxlamaq məcburiyyətindəyik”. Nəticədə isə Ukraynanın hava hücumlarından müdafiə sistemi ciddi şəkildə gücləndirilir.
Almaniya və digər Avropa ölkələri mövcud ehtiyatlarından “Patriot” sistemlərini Kiyevə göndərir. ABŞ isə bu çatışmazlığı əvəzləyici sistemlərlə kompensasiya edir. Bu da NATO daxilində həmrəyliyin bir göstəricisidir. Bu addım Ukraynanın hava hücumlarına qarşı müqavimətini artırmaqla yanaşı, Avropa - ABŞ hərbi koordinasiyasının gücləndiyini də göstərir.