Dünən

Nizami rayonunda yerləşən küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İyulun 19-u saat 08:00-dan iyulun 20-si saat 22:00-dək Bakı şəhərinin Nizami rayonunun Əlif Hacıyev küçəsində (Qara Qarayev prospekti ilə kəsişməsindən Mehdi Abbasov küçəsinin kəsişməsinə qədər olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Təhlil.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd edilən müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?