Dünən

Böyük Britaniyadan Rusiyanın kəşfiyyat orqanlarına qarşı sanksiya

Böyük Britaniya hökuməti Rusiyanın hərbi kəşfiyyat orqanı olan QRU-nun 18 üzvünə qarşı sanksiya tətbiq edib. Təhlil.az xəbər verir ki, Britaniya XİN-in məlumatına görə, həmin şəxslər gizli bomba hücumlarında, qəsdən yanğın törətməkdə, Avropadakı infrastruktura ziyan vurmaqda, genişmiqyaslı kiberhücumlar təşkil etməkdə ittiham olunurlar.

Sanksiyalara QRU-nun 3 şöbəsi də daxil edilib. Onların arasında 2018-ci ildə Sergey və Yuliya Skripala qarşı kimyəvi zəhərləmə əməliyyatında iştirak edənlər də var. Bu qərar Britaniyanın Rusiya ilə artan kəşfiyyat gərginliyi fonunda atılıb və Avropa təhlükəsizliyi üçün ciddi siqnal kimi dəyərləndirilir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?