Almaniya Talibanla deportasiya danışıqlarına başlamağa çağırış edib

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrint Talibanla yeni deportasiyalar üçün danışıqlar aparmağa çağırış edib.
Təhlil az xəbər verir ki, almaniyalı nazir bildirib: “Əgər biz də inanırıqsa ki, gələcəkdə Əfqanıstana deportasiyaya icazə verməkdə davam etmək istəyirik, o zaman bu əlaqələri davam etdirməliyik, bu danışıqları aparmalıyıq. Bu, diplomatik münasibətlər səviyyəsindən aşağıdır, lakin bu danışıqlar aparılmalıdır”.
O qeyd edib ki, təxminən saat 8:35-də Leypsiq hava limanından Kabilə qalxan təyyarənin göyərtəsində 81 əfqan olub.
Onun sözlərinə görə, deportasiya edilənlər "ciddi və çox ciddi cinayətkarlar"dır.
Nazir vurğulayıb ki, bu cür deportasiyalar “vətəndaşların tamamilə qanuni maraqlarını” təmsil edir. Aksiya Qətərin köməyi və Əfqanıstanla texniki təmaslar vasitəsilə həyata keçirilib.
Cümə günü səhər saatlarında “Bild” qəzeti kansler Fridrix Merzin rəhbərlik etdiyi Almaniya hökumətinin mayın 6-da hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq bu ölkədən Əfqanıstana təhlükəli cinayətkarları deportasiya etdiyini yazıb.