“Koroğlu” NMM-dən “Sea Breeze” istirahət mərkəzinə ekspres marşrut xətti fəaliyyətə başlayır

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq iyulun 19-dan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən yeni 150E ekspres marşrutu fəaliyyətə başlayacaq.
Təhlil.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına istinadla xəbər verir ki, həftənin şənbə və bazar günləri “Koroğlu” metrostansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.
Marşrut "BakuBus" MMC tərəfindən istismar ediləcək və xətt üzrə müasir böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə intervalla xidmət göstərəcək. Avtobuslarda gediş haqqı 0,8 manat təşkil edir.
Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.