Dünən
ANAMA: Ötən həftə 79 mina zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 14-20 iyul tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
Təhlil.az ANAMA-nın məlumatına istinadla xəbər verir ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 73, tankəleyhinə 6 mina və 178 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin həftə ərzində 1 641 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Dünən