Bu gün
Kaliforniya qubernatoru ABŞ prezidenti olmaq istəyir

Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ prezidenti olmaq istəyir. Təhlil.az xəbər verir ki, o, qarşıdan gələn seçkilərdə “Demokrat Partiyası”ndan ölkə başçılığına namizəd olmaq niyyətindədir.
"Bəli, bunu düşünürəm. Əksini desəm, yalan danışmış olaram və bunu edə bilmərəm", - deyə qubernator prezidentlik iddiasına münasibət bildirib.
Nyusom əlavə edib ki, gələn ilin noyabrında ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra qəti qərarını açıqlayacaq.