Bu gün

Almaniya ABŞ-dan “Rosneft” zavodları üçün sanksiya istisnası tələb edir

Almaniya hökuməti ABŞ administrasiyası ilə danışıqlara başlayıb. Məqsəd — Rusiyanın “Rosneft” şirkətinin Almaniyada dövlət nəzarətinə götürülmüş törəmə müəssisələrini yeni sanksiyalardan qorumaqdır.

Məlumatda qeyd olunur ki, söhbət ölkədəki üç əsas neft emalı zavodundan – PCK (Şvedt), Miro (Karlzruhe) və Bayernoil (Foburq) müəssisələrindən gedir. Yeni sanksiyaların bu zavodların fəaliyyətinə birbaşa təsir göstərə biləcəyi vurğulanır.

Xüsusilə Brandenburqdakı PCK zavodu ilə bağlı narahatlıq daha böyükdür. Bu müəssisə Berlini və Almaniyanın şimal-şərq bölgələrini yanacaqla təmin edir, həmçinin Berlin-Brandenburg (BER) beynəlxalq hava limanına kerosin tədarük edir.

Brandenburq CDU rəhbəri Yan Redmann məsələ ilə bağlı bildirib:

“Hökumət Şvedt üçün istisna əldə etməyə çalışır, necə ki, bu, Böyük Britaniyanın sanksiyaları zamanı mümkün olmuşdu. Bu məsələ təcili həll olunmalıdır, çünki Şvedtdən tədarük ölkənin şərqindəki yanacaqdoldurma məntəqələrinin və BER aeroportunun fəaliyyətindən asılıdır.”

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?