Haqqımızda

Tehlil.az saytı “Təhlil” MMC-nin nəzdində 2025-ci ilin mart ayında faliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd Azərbaycanda və dünyada baş verən önəmli hadisələri işıqlandırmaq, oxucuları operativ xəbərlərlə təmin etmək, regional və qlobal müstəvidə baş verən hadisələr haqqında analitik yazılar təqdim etməkdir. 

Saytın xəbərlər, dünyada, ölkədə, iqtisadiyyat, müsahibə və podkast bölmələrində mütəmadi yenilənən informasiyalar yerləşdirilməklə yanaşı, oxuculara müxtəlif kontent təqdim olunacaq. Belə ki, ölkə gündəmini təşkil edən mövzulara dair sorğuların, müxtəlif sahələrdəki vəziyyəti öyrənmək məqsədilə analitik hesabatların və podkastların hazırlanması saytın fəaliyyətinin əsas istiqamətini təşkil edəcək. 

Nüfuzlu araşdırma mərkəzlərinin, dövlət və qeyri-hökumət qurumlarının sifarişi əsasında müxtəlif mövzulara dair təhlillərin və monitorinqlərin aparılması diqqət mərkəzinə saxlanılır.  
Sayt öz materiallarını Azərbaycan dilində təqdim edəcək.