Bu gün

Azərbaycan, İndoneziya və Pakistan Qəzzada təhlükəsizlik qüvvəsi yarada bilər

İsrail Müdafiə Nazirliyinin nümayəndələri Knessetdə keçirilən qapalı dinləmələrdə bildiriblər ki, Trampın sülh planı çərçivəsində Qəzza Zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq stabilizasiya qüvvələri Azərbaycan, İndoneziya və Pakistan hərbçilərindən ibarət ola bilər.

Təhlil.az xəbər verir ki,  bu qüvvələrin əsas vəzifəsi Qəzzada daxili təhlükəsizliyi təmin etmək və silah axınının qarşısını almaq üçün İsraillə HƏMAS arasında təhlükəsizlik baryeri yaratmaqdan ibarət olacaq.

Hazırda planla bağlı rəsmi təsdiq olmasa da, İsrail mediası bu variantı “ən real ehtimal” kimi qiymətləndirib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?