Bu gün
Rusiya bir gündə 350 Ukrayna dronunu vurub

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, ölkənin hava hücumundan müdafiə sistemləri yalnız ötən gecə ərzində 193 Ukrayna pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Təhlil.az xəbər verir ki, PUA-lar Moskva və Moskva vilayəti, Bryansk, Kaluqa, Tula, Kursk, Belqorod, Orlov, Rostov, Voronej, Orenburq, Tambov, Lipetsk və Samara vilayətlərində vurulub.
Bundan əlavə, Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, Dnepropetrovsk və Zaporojye vilayətlərinin sərhədindəki Yeqorovka, Privolnoe və Novonikolaevka yaşayış məntəqələri Rusiya ordusu tərəfindən nəzarətə götürülüb.