Bu gün
Mirzoyan: “Azərbaycanla sülh razılaşmasının əsas zəmanəti tərəflərin öz iradəsidir”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh sazişi və kommunikasiyaların açılması ilə bağlı razılaşmaların icrasına hansı amillərin zəmanət verdiyini şərh edib.
Təhlil.az xəbər verir ki, nazirin sözlərinə görə, bu prosesdə üçüncü tərəfin və ya fövqəldövlətin zəmanətçi olması fikri əsaslı deyil:
“Belə zəmanətlər işləmir, biz bunu öz təcrübəmizdə də gördük”.
Mirzoyanın fikrincə, razılaşmaların icrasına ən real təminat tərəflərin öz maraqları və siyasi iradəsidir.