Aprel ayı çayları canlandırdı – Gözlənilən artım başladı

Aprelin 29-u saat 09:00-a olan məlumata əsasən, ölkənin bir sıra çaylarında su səviyyəsində artım müşahidə olunub.
Təhlil.az xəbər verir ki, artım xüsusilə Böyük və Kiçik Qafqaz dağlıq ərazilərindən axan çaylarda qeydə alınıb.
Qarasuçay (Zərdab) – 9 sm
Əyriçay (Ağyazı) – 5 sm
Gəncəçay (Zurnabad) – 2 sm
Lənkərançay (Sifidor) – 8 sm
Təngərüdçay (Vaqo) – 6 sm
Suyun səviyyəsi Transsərhəd çaylarda artıb. Belə ki, Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb. Su sərfi saniyədə 160 kubmetr olmaqla, bu göstərici normanın 90%-nə bərabərdir.
Mütəxəssislər bildirirlər ki, bu artım yağıntıların çoxluğu və dağlıq ərazilərdə qarların əriməsi ilə əlaqədardır. Gözləntilərə görə, yaxın günlərdə bəzi çaylarda suyun səviyyəsində daha da artım ola bilər.