29 aprel
11 ildən sonra Azərbaycan futbolunda nadir hadisə

Azərbaycan Premyer Liqasında nadir hadisə baş verib.
Təhlil.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, Misli Premyer Liqasının XXXII turunda keçirilən 5 oyundan 4-ü heç-heçə ilə başa çatıb.
Belə ki, “Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” oyunlarında 1:1, “Sumqayıt” – “Neftçi” matçında isə 2:2 hesabı qeydə alınıb. Yalnız “Kəpəz” – “Zirə” qarşılaşmasında qalib müəyyənləşib – 0:1.
Bir turda bu qədər heç-heçənin sonuncu dəfə qeydə alınması üçün 2013/2014 mövsümünə - düz 11 il əvvələ qayıtmaq lazımdır. O vaxt da fevralın 23-də keçirilən 5 oyunun 4-də qalib tapılmamışdı.
Bu gün
Bu gün
Bu gün