Dünən

Gürcüstan Ermənistana rədd cavabı verdi

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan gürcü tərəfindən kommunikasiyanı təmin etmək üçün məmur təyin etməyi xahiş edib.

Məsələn, Gürcüstan tərəfi ilə erməni istehsalçıları arasında əlaqəni təmin edəcək Gürcüstanın Ermənistandakı səfirliyinin əməkdaşı, sonuncuya konyak və digər mallarla yük maşınlarının gömrük məntəqəsindən keçməsi, növbələr, mallardan nümunələrin götürülməsi və digər məsələlər barədə məlumat versin.

Lakin gürcü tərəfi Papoyanın təklifini qəbul etməyib və rədd cavabı verib. Təhlil.az xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyi məlumatı şərh etməkdən imtina edib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?