Dünən

Ürək üçün nəzərdə tutulan sağlam vərdişlər bütün bədənə fayda verir

Emory Universitetinin yeni araşdırması göstərir ki, optimal ürək-damar sağlamlığının qorunması ümumi fiziki və zehni rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

“Journal of the American Heart”da dərc olunan göstəricilər 500-ə yaxın rəydən keçmiş tədqiqatın nəticələrini ümumiləşdirir.

Onlar təsdiqləyirlər ki, sağlam həyat tərzinin faydaları ürəklə bərabər bütün orqanizmə də müsbət təsir göstərir. Yəni, beyin funksiyasına, görmə qabiliyyətinə, eşitmə qabiliyyətinə, əzələ gücünə müsbət təsir edir və hətta xərçəng və demans kimi xroniki xəstəliklərə tutulma riskini azaldır. Siqareti tərgitmək, sağlam qidalanmaq, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, sağlam çəki saxlamaq, qan təzyiqi, xolesterin və qan şəkəri səviyyələrinə nəzarət etmək bir çox orqan sisteminin sağlamlığına təsir göstərir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?