Dünən

ABŞ 150 kiçik ölkədən idxala 10-15% rüsum tətbiq etmək niyyətindədir

ABŞ 150-yə yaxın kiçik ölkədən idxal edilən mallara 10-15% idxal rüsumları tətbiq etməyi planlaşdırır. Bunu Amerika prezidenti Donald Tramp deyib.

“Qalan 150 ölkə üçün bir rəqəm elan edəcəyik. Ehtimal edirəm ki, ya 10% ya da 15% olacaq. Biz hələ qərar verməmişik", - deyə Tramp bildirib.

Təhlil.az xəbər verir ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10 faizlik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Həmin gün ABŞ prezidenti, Ağ evin izah etdiyi kimi, ticarət məsləhətləşmələri ilə əlaqədar olan bəzi cavab tariflərinin 90 günlük dayandırıldığını elan etdi. Bu müddət ərzində 10%-lik universal tarif tətbiq edilir. İyunun 27-də Tramp aydınlaşdırıb ki,Birləşmiş Ştatlar təqribən on gün ərzində ayrı-ayrı sazişlər imzalamayacağı ölkələrə ikitərəfli ticarətin gələcək şərtləri, yəni Amerika bazarına tədarük edilən mallara tarif dərəcələri barədə məlumat verəcək. ABŞ administrasiyası son günlərdə bu xəbərdarlıqları göndərməyə başlayıb. Trampın ticarət danışıqlarının müddətinin başa çatması və yeni idxal tariflərinin tətbiqi ilə bağlı qərarlarının avqustun 1-dən qüvvəyə minməsi gözlənilir. Prezident etiraf edib ki, müəyyən hallarda bu danışıqların müddətini uzadacaq.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?