17 aprel

Van Dayk Liverpulla müqaviləni uzadıb - Həftədə 400,000 funt-sterlinq qazanacaq!

Vircil Van Dayk Liverpulla iki illik yeni müqavilə imzalayıb. Təhlil.az "The Guardian"a istinadən xəbər verir ki, onun əvvəlki maaşı 220 000 funt-sterlinq idi. Yeni müqaviləyə görə Van Dayk həftədə bonuslarla birgə 400 000 funt-sterlinq qazana bilər. “Liverpulu çox sevirəm, burada olmaqdan qürur duyuram”, - deyə niderlandlı müdafiəçi sevincini bölüşüb.

Qeyd edək ki, aylardır klubun idman direktoru Riçard Hyuz tərəfindən Van Daykla danışıqlar aparılırdı. Salahla imzalanan yeni müqavilənin ardınca açıqlanan bu xəbər Liverpulun böyük planlarının göstəricisdir.