Türkiyədə zəlzələ: 1 nəfər həlak olub, 69 nəfər yaralanıb

Türkiyənin cənubunda zəlzələ baş verib.
Təhlil.az xəbər verir ki, hadisə nəticəsində 1 qadın həlak olub, 69 nəfər yaralanıb. Bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya X sosial şəbəkəsində məlumat yayıb.
Yeraltı təkanlar saat 02:17-də Türkiyənin Marmaris kurortu yaxınlığında qeydə alınıb. Zəlzələ ocağı 67 kilometr dərinlikdə yerləşib. Nazirin sözlərinə görə, yeraltı təkanlar Muğla vilayəti və bir sıra digər yerlərdə hiss edilib, lakin dağıntı qeydə alınmayıb.
Yerlikaya yazıb: “Fəthiyədə 14 yaşlı Əfranur Günlü zəlzələ zamanı panik atak keçirib və xəstəxanaya yerləşdirilib, lakin onu xilas etmək mümkün olmayıb”, - deyə nazir bildirib.
Nazir əlavə edib ki, zəlzələ nəticəsində təşvişə düşən 69 nəfər hündürlükdən tullanaraq xəsarət alıb, onlardan 46-sı xəstəxanaya yerləşdirilib.
Hikmət Həsənov