Moldova prezidenti: “Rusiya parlament seçkilərinə müdaxiləyə hazırlaşır”

Rusiya hazırkı hakimiyyətin dəyişməsinə nail olmaq üçün Moldovada keçiriləcək parlament seçkilərinə müdaxilə etmək niyyətindədir.
Təhlil.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu səsləndirib.
O bildirib ki, Rusiya Federasiyası payızdan Moldova Respublikası üzərində nəzarəti bərqərar etmək istəyir və sentyabr ayında keçiriləcək seçkilərə müdaxilə etməyə hazırlaşır.
Sandu iddia edir ki, Kreml bütün vasitə arsenalından istifadə etməyi planlaşdırır: "Bunlara rusiyayönlü partiyalara dəstək, pullu küçə etirazlarının təşkili, hökumət institutlarına hücumlar, səslərin satın alınması və internetdə genişmiqyaslı məlumat kampaniyaları daxildir. Məqsədlərdən biri, xaricdə yaşayan Moldova vətəndaşlarının səsvermədə iştirakını azaltmaqdır. Məhz bu kateqoriyadan olan seçicilər son prezident seçkilərində və Aİ-yə üzvlüklə bağlı referendumda əsas rol oynayıblar".
Prezident həmçinin bəyan edib ki, Rusiya ölkə daxilində siyasi layihələri dəstəkləmək üçün qeyri-qanuni maliyyə kanallarından da istifadə edir:
O vurğulayıb ki, bu cür müdaxilə Moldovanın milli təhlükəsizliyinə, suverenliyinə və Avropa kursuna birbaşa təhdiddir:
"Hazırda rəy sorğularına görə, hakim Fəaliyyət və Həmrəylik Partiyası lider mövqeyini qoruyub saxlayır. Bu arada, keçmiş prezident İqor Dodonun partiyası da daxil olmaqla, əsas müxalifət qüvvələri Rusiya ilə yaxınlaşmanı müdafiə edən və Avropaya inteqrasiyaya qarşı çıxan seçki alyansında birləşib".