Dünən

Kəlbəcərdə zəlzələ olub

Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun açıqlamasına əsasən, yeraltı təkanlar Daşkəsən seysmik stansiyasından 31 km cənub-qərbdə, Kəlbəcər rayonu ərazisində baş verib. 3 bal gücündə zəlzələ yerli vaxtla saat 05:07-də baş verib.

Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb və hər hansı dağıntı və ya fəsad qeydə alınmayıb. Hazırda ərazidə seysmik vəziyyət nəzarət altındadır.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?