03 iyun

Narkotik qəbul edən mikroavtobus sürücüsü saxlanıldı - FOTO - VİDEO

Yol polisi növbəti dəfə şəhər sərnişinlərini görünməz bir təhlükədən xilas edib.

Təhlil.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyü tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı narkotik maddənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərən sürücü ifşa olunub.

Stasionar postda yoxlanılan “Hyundai” markalı mikroavtobusun sürücüsü Hafiz Piriyevin davranışları polisdə şübhə yaradıb. Sürücü dərhal tibbi müayinəyə yönləndirilib və nəticələr onun narkotik maddə qəbul etdiyini üzə çıxarıb. Piriyev özü də narkotik istifadəçisi olduğunu etiraf edib.

Sərnişinlərin həyatını real təhlükə altına atan sürücü barəsində inzibati protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Hafiz Piriyev 1 ay müddətinə inzibati qaydada həbs edilib və 2 il müddətinə sürücülük hüququndan məhrum olunub.

Hadisə, bir daha göstərdi ki, sərnişin daşıyan sürücülərə nəzarət yalnız sənədlərlə məhdudlaşmamalıdır. Mütəxəssislər bildirir ki, bu sahədə fiziki və hüquqi şəxslər tərəfindən daxili nəzarət və yoxlamalar gücləndirilməli, sükan arxasına keçəcək şəxslərin psixoloji və sağlamlıq vəziyyəti daha ciddi şəkildə yoxlanılmalıdır.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.