03 iyun

Laçın MDB mədəniyyət paytaxtı kimi açılışa hazırlaşır

Azərbaycan Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 2-4 iyun tarixlərində Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçiriləcək.

Təhlil.az xəbər verir ki, bu mübasibətlə Azərbaycandan və Müstəqil Dövlətlər Birliyinə (MDB) digər üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları iyunun 2-də Laçın şəhərinə səfər ediblər.

Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.