03 iyun

Yun getdi, Li gəlir? Cənubi Koreyada həlledici gün

Bu gün Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.

Təhlil.az xəbər verir ki, yerli sakinlər hərbi vəziyyət tətbiq etməyə cəhd etdiyinə görə vəzifəsindən uzaqlaşdırılan Yun Sok-Yolun yerinə yeni dövlət başçısını seçirlər.

Qələbə üçün iki əsas iddiaçı var: Demokratlar Partiyasının namizədi və son vaxtlara qədər onun lideri olan Li Çje-Myön və devrilmiş prezidentin mühafizəkar “Vətəndaş Gücü Partiyası”nın namizədi Kim Mun-Su.

Li favorit hesab olunur: seçkidən əvvəl keçirilən sorğuların nəticələrinə əsasən, o, Kimi 10-14% qabaqlayıb və seçicilərin yarısı onu dəstəkləyir.

Seçkilər bir turda keçirilir, yəni sadə səs çoxluğu toplayan şəxs dərhal Cənubi Koreyada prezident və icraedici orqanın rəhbəri seçiləcək.

Li və Kimdən başqa, daha üç nəfər prezidentliyə namizədliyini irəli sürüb, lakin sorğulara görə, onların qələbə uğrunda mübarizəyə müdaxilə etmək şansı yoxdur.

Hikmət Həsənov

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.