Dünən

BMT-nin kibercinayətkarlıqla mübarizəsində Azərbaycanın mühüm rolu

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ratifikasiya edən ölkə kimi tarixə düşdü.

Konvensiya kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəddir.

Beynəlxalq birliyin çoxillik gərgin əməyinin nəticəsi olan Konvensiyanın yekun layihəsinin hazırlanmasında Azərbaycan xüsusi fəallıq göstərib. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin daxil olduğu heyət sənədin mətninin formalaşdırılmasına substantiv töhfə verib. Hazırda Azərbaycan kibertəhlükəsizliyin təmin olunmasına xüsusi diqqət göstərir və Prezident İlham Əliyev bununla bağlı qarşıya mühüm vəzifələr qoyub.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?