Dünən

"Meta" ölənlərin hesablarını aktiv saxlayacaq - YENİLİK

“Meta” korporasiyası sosial şəbəkə istifadəçiləri ilə bağlı mübahisəli və eyni zamanda innovativ yenilik üzərində işləyir.

Təhlil.az xəbər verir ki, şirkət insanın vəfatından sonra belə onun sosial platformalardakı fəaliyyətini davam etdirə bilən süni intellekt texnologiyası üçün patent alıb.

Məlumata əsasən, yeni neyroşəbəkə istifadəçinin əvvəlki paylaşımlarını, yazışma tərzini və reaksiyalarını analiz edərək onun adından şərhlər yazmaq, “bəyənmə” etmək və hətta mesajlara cavab vermək imkanına malik olacaq.

Layihə reallaşacağı təqdirdə, vəfat etmiş şəxslərin hesabları passiv xatirə səhifəsi kimi deyil, aktiv rəqəmsal profil kimi fəaliyyət göstərə biləcək.

Ekspertlər isə bu yeniliyin həm texnoloji baxımdan inqilabi, həm də etik müzakirələr doğura biləcək addım olduğunu qeyd edirlər. Yeni sistemin necə və hansı şərtlərlə tətbiq olunacağı isə hələlik açıqlanmır.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?