İlon Mask bütün uşaqlara səhm paylayacaq

İlon Mask ABŞ-də hər bir uşağın iki səhm alacağını bəyan edib.
Təhlil.az xəbər verir ki, “Amerikada hər bir uşaq iki ədəd “SpaceX” səhmi alacaq. Onlardan biri şirkət tərəfindən, digəri isə şəxsən mənim tərəfimdən veriləcək”, – deyə o, X sosial şəbəkəsində yazıb.
Mask başqa bir paylaşımında səhmlərin təqdim olunacağı tarixləri də açıqlayıb. Belə ki, “SpaceX” tərəfindən veriləcək səhm 2026-cı ilin dekabrında, onun şəxsi səhm paketindən ayrılacaq səhm isə səhmlərin satışına qoyulan məhdudiyyət müddəti (lock-up) başa çatdıqdan sonra, 2027-ci ilin iyununda təqdim ediləcək.
Amerikalı milyarder İlon Mask “Tesla” şirkətinin baş icraçı direktorudur. O, 2002-ci ildə təsis etdiyi “SpaceX” şirkətinin baş icraçı direktoru və texniki direktorudur. Şirkət kosmik raket və gəmilərin istehsalı, kosmik uçuşların həyata keçirilməsi, eləcə də “Starlink” peyk internet şəbəkəsinin fəaliyyəti ilə məşğuldur.