Bu gün

TRIPP-lə bağlı bu sazişi təsdiqlədilər

Ermənistan hökuməti ABŞ-nin “TRIPP Development Company” (TDC) şirkəti ilə birgə “TRIPP İnkişaf Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasına dair səhmdarlar sazişinin layihəsini təsdiqləyib.

Təhlil.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin qərarında deyilir.

Qərara əsasən, ölkənin ərazi idarəetməsi və infrastruktur nazirinə hökumətin adından sözügedən sazişi imzalamaq səlahiyyəti verilib.

Qeyd edək ki, şirkət “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində Ermənistanla ABŞ arasında strateji əməkdaşlığa dair çərçivə sazişinə uyğun olaraq yaradılır. Sənəd 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-ü isə İrəvanda imzalanıb. Oktyabrın 28-i ratifikasiya edilmiş saziş noyabrın 11-də qüvvəyə minib.

Səhmdarlar sazişində tərəflərin səlahiyyətləri, qarşılıqlı münasibətləri və səhmlərlə təsdiqlənən hüquqların həyata keçirilməsinin xüsusiyyətləri öz əksini tapacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?