Bu gün

Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük

ABŞ-nin Bakıdakı səfirliyi Şükran Günü münasibətilə noyabrın 26 və 27-də bağlı olacaq.

Təhlil.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi açıqlama yayıb.

“Hər kəsə xoş və sevincli Şükran Günü arzulayırıq!” – deyə səfirliyin açıqlamasında bildirilib.

Qeyd edək ki, ABŞ-nin Bakıdakı səfirliyinə Emi Karlon müvəqqəti işlər vəkili kimi rəhbərlik edir. O, 2025-ci il iyunun 23-də səfirliyin missiya rəhbərinin müavini vəzifəsinə başlayıb. İyulun 3-də isə səfirlik onun müvəqqəti işlər vəkili təyin olunduğunu açıqlayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?