Dünən
Son ilin ən böyük asteroidi 14 fevralda keçəcək

Fevralın 14-də son bir ilin Yerə ən böyük yaxınlaşma edən asteroidi planetimizin yaxınlığından keçəcək.
Təhlil.az xəbər verir ki, mütəxəssislərin fikrincə, səma cismi Yer kürəsindən bir neçə milyon kilometr məsafədən hərəkət edəcək.
Qeyd olunur ki, asteroid son bir ildə Yer ətrafında 7,5 milyon kilometr radius daxilində müşahidə olunan ən böyük obyekt hesab olunur. Bu zona beynəlxalq təsnifata əsasən “potensial təhlükəli” kateqoriyaya daxil edilir.
Bununla belə, alimlər bildirirlər ki, asteroidin Yerə toqquşma ehtimalı sıfıra bərabərdir və o, planetimiz üçün real təhlükə yaratmır. Astronomlar səma cisminin trayektoriyasının daim nəzarətdə saxlanıldığını vurğulayırlar.