Bu gün

Vanuatu sahillərində 6,5 maqnitudalı zəlzələ olub

Sakit Okeanda Vanuatu Respublikasına məxsus olan Espiritu-Santo adasının qərb sahilində 6,5 maqnitudalı zəlzələ qeydə alınıb. Təhlil.az-ın məlumatına görə, zəlzələnin episentri Port-Olri şəhərindən 59 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?