Dünən
Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli görüş gələn həftə keçiriləcək

Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli görüşün tarixi məlum olub. Təhlil.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. O qeyd edib ki, ölkələr arasında danışıqların yeni mərhələsi gələn həftə keçiriləcək.
“Danışıqların həqiqətən gələn həftə baş tutacağı ilə bağlı razılıq əldə olunub. Yer və dəqiq tarix barədə sizə məlumat verəcəyik. Lakin həqiqətən, bu, gələn həftə olacaq”, - Kremlin rəsmi nümayəndəsi deyib.
Xatırladaq ki, tərəflər arasında sonuncu üçtərəfli görüş fevralın 5-də Əbu-Dabi şəhərində baş tutmuşdu.