Bu gün

Həkimlər xəbərdarlıq edir: Çayı həddən artıq tünd içmək olmaz

Mütəxəssislər xəbərdarlıq edir ki, çayın həddindən artıq tünd şəkildə qəbulu sağlamlıq üçün risk yarada bilər. Təhlil.az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox tünd dəmlənmiş çayda tanin maddəsi yüksək olur və bu da dəmirin orqanizmdə sorulmasını azaldaraq qanazlığı riskini artıra bilər. Bundan başqa, tünd çayın çox içilməsi mədə turşuluğunu artırır. Bu da qastrit və reflüks şikayətlərini gücləndirə, axşam saatlarında isə yuxu pozğunluğu və ürəkdöyünməyə səbəb ola bilər. Mütəxəssislər çayın orta dəmlənmiş formada və normada içilməsini tövsiyə edirlər.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?