Dünən
Luvr muzeyi yenidən qalmaqalın mərkəzində

Parisdə Luvr muzeyində 10 il davam edən böyük fırıldaq ifşa edilib. Təhlil.az xəbər verir ki, muzeyin bələdçiləri çinli turistləri bir biletlə bir neçə dəfə keçirərək təxminən 10 milyon avro mənimsəyiblər. Sxem gündə 20 qrupa qədər turistin daxil olmasına imkan verirdi. Təhlükəsizlik işçiləri isə rüşvət alaraq buna göz yumublar.
Saxlanılan şəxslərin evlərində 1 milyon avro nağd pul vəsaiti, lüks avtomobillər və bank seyflərində qiymətli əşyalar aşkar edilib. Onlar həmçinin gəlirlərini Fransa və Dubaydakı daşınmaz əmlaklara yatırıbmışlar.
Bu gün