Dünən
Sevgililər Günü kampaniyası: Biletlərə 35% endirim!

Azərbaycan Hava Yolları (AZAL) sərnişinlər üçün xüsusi kampaniya elan edib. Şirkət bilet qiymətlərinə 35% endirim tətbiq edir.
Təhlil.az xəbər verir ki, təklif 13 fevral – 15 iyun 2026-cı il tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.
Endirimdən yararlanmaq üçün sifariş zamanı “LOVEFLYING” promokodundan istifadə etmək lazımdır.
Qeyd edək ki, endirimli aviabiletlərin satışı yalnız 13–14 fevral 2026-cı il tarixlərində aparılır.
Biletləri yalnız azal.az rəsmi saytı və ya AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Sərfəli səyahət fürsətini qaçırmayın!
Bu gün