29 aprel

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazir müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında görüş keçirib.

Təhlil.az xəbər verir ki, görüşdə iki dost ölkə arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan mühitdə möhkəmləndiyi, müxtəlif sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Tərəflər Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrin şaxələndirilməsi üçün yaratdığı imkanlar və birgə layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Həmçinin ticarət əlaqələrinin fəal təşviqi və qarşılıqlı investisiyalar məsələləri müzakirə olunub.