02 iyun

Yaponiyada yeni cərimə - Ofisdə otağınız istidirsə…

Yaponiyada şirkətlər işçilərini iş yerində istidən qorumağa borcludurlar. Bu səbəbdən də əməkdaşlarını iş yerində istidən qoruya bilməyən sahibkarlar cərimələnəcək. Qanun bir çox yaponiyalının 2024-cü ildə yüksək yay temperaturu zamanı əziyyət çəkməsindən sonra qəbul edilib.
Təhlil.az xəbər verir ki, ötən il məlum istilər səbəbindən 30 ölüm və 1200 xəsarət faktı qeydə alınıb. Bu xüsusən də tikinti və istehsalat strukturlarını əhatə edib. Bu rəqəmlər hakimiyyəti işəgötürənlərlə bağlı qanunvericiliyi sərtləşdirməyə məcbur edib.
Iyunun 1-dən isə bütün sahibkarlardan istilik vurması və yüksək hərarətlə bağlı digər xəstəliklərin qarşısının alınması üçün təsirli tədbirlər görmələri tələb olunur. Yeni qaydalara əməl edilməməsi 500.000 yen (6000 manata yaxın) məbləğində cərimə ilə nəticələnəcək. Havanın temperaturu 31 ° C-dən çox olarsa və ya istilik indeksi 28 ° C-dirsə, şirkətlər əlavə təhlükəsizlik tədbirləri tətbiq etməli və fasilələr verməlidirlər.

 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.