02 iyun

Polşa xalqı Navrotskini seçdi - Rusiya ilə gərginlik artacaq?

Dünən Polşada prezident seçkilərinin ikinci turu keçirilib.

Təhlil.az xəbər verir ki, seçkilərdə Varşava meri Rafal Tşaskovski ilə “Qanun və Ədalət” (PiS) partiyasının dəstəklədiyi namizəd Karol Navrotski arasında gərgin mübarizə gedib. Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, Karol Navroçki səslərin 50,89 faizini toplayaraq qalib gəlib və Polşanın yeni prezidenti seçilib.

Karol Navrotski kimdir?

1983-cü il martın 3-də Qdansk şəhərində anadan olan Navroçki 2003-cü ildə Qdansk Ali Biznes və İdarəetmə Məktəbini, 2008-ci ildə isə Qdansk Universitetinin Tarix İnstitutunu bitirib. 2013-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək humanitar elmlər üzrə doktor elmi dərəcəsi alıb. 2023-cü ildə isə Qdansk Texnologiya Universitetində MBA dərəcəsinə yiyələnib.

2021-ci il iyulun 23-dən etibarən o, Polşa Milli Yaddaş İnstitutunun prezidenti vəzifəsində çalışır. Ailəlidir.

2024-cü il noyabrın 24-də “Qanun və Ədalət” partiyası Karol Navrotskiyə dəstəyini rəsmən ifadə edərək onu müstəqil namizəd kimi prezidentliyə irəli sürüb. Milli Yaddaş İnstitutunun rəhbəri olduğu üçün onun siyasi partiya üzvü olması qanunla qadağandır.

Qeyd edək ki, Karol Navrotski Rusiyada axtarışda olan şəxslər siyahısına daxil edilib. 2024-cü ilin fevralında o, Polşada sovet abidələrinin sökülməsində iştirak etdiyinə görə Rusiya hakimiyyəti tərəfindən axtarışa verilib. Bundan əlavə, yeni prezidentin Moskvanın gələcəkdə ölkəsinə hücum edə biləcəyi ehtimalı ilə bağlı səsləndirdiyi fikirlər Polşa-Rusiya münasibətlərində gərginliyin artmasına səbəb ola bilər.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.