02 iyun
Leysan, dolu, sel, daşqın - Xəbərdarlıq

İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq ayın 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Təhlil.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.