02 iyun
Trampdan fantastik iddia: Bayden robotdur

ABŞ-nin prezidenti Donald Tramp sosial şəbəkələrdə qalmaqallı paylaşım edib.
Təhlil.az xəbər verir ki, o, özünün Truth Social platformasında daha əvvəl yayımlanmış və geniş tənqid olunan bir konspirasiya postunu yenidən paylaşaraq, Co Baydenin əslində 2020-ci ildə edam edildiyini, indi isə onun yerinə klonların, dublyorların və robotların istifadə edildiyini iddia edib.
ABŞ prezidenti paylaşımda yazıb: “Co Bayden yoxdur, o, 2020-ci ildə edam edilib. Gördüyünüz klonlar, dublyorlar və ruhsuz, beyinsiz robot canlılardır. Demokratlar fərqi belə anlamırlar”.
Sosial şəbəkələrdə sürətlə yayılan bu iddialar bir çoxları tərəfindən ironiya və istehza ilə qarşılanıb.