29 aprel
Laçın su anbarı Bakını su ilə təmin edəcək

Zabuxçay çayı üzərindəki su anbarının tutumu 26 milyon kubmetr təşkil edir.
Təhlil.az xəbər verir ki, plana əsasən, bu su anbarı Laçın rayonunun bir neçə kəndində, eləcə də Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar ərazinin suvarılmasına xidmət edəcək. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov məlumat verib.
O əlavə edib ki, zərurət yarandığı halda suvarma suyu Cəbrayıl rayonuna da verilə bilər: "Prezidentin tapşırığına əsasən yaxın vaxtlarda 91 milyon kubmetr tutuma malik yeni su anbarının tikintisi üçün texniki-iqtisadi əsaslandırma hazırlanacaq. Layihə hazırda işlənmə mərhələsindədir. Gələcəkdə bu anbar vasitəsilə Bakıya da suyun verilməsi nəzərdə tutulur"