28 aprel
Çin Azərbaycana elektron ticarətlə bağlı təcrübəsini paylaşmağa hazırdır

Çin, Azərbaycanın məhsullarını Çin bazarına tanıtmaq üçün elektron ticarət platformalarından istifadə səylərini dəstəkləyir.
Təhlil.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lü Mei bildirib.
Onun sözlərinə görə, Çin rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində Azərbaycanın inkişafını dəstəkləməyə hazırdır.
Səfir həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə səfəri zamanı iki ölkə arasında rəqəmsal iqtisadiyyat, sənaye və aerokosmik sahələrdə əməkdaşlıq üzrə bir sıra sənədlər imzalanıb.
O, Çinin Azərbaycanın inkişaf strategiyasını dəstəklədiyini və ölkə ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.