28 aprel

Azərbaycanda vaxtı keçmiş kreditlər 481.6 milyon manata yüksəldi

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 2025-ci ilin aprel ayında 481.6 milyon manata çatıb.

Təhlil.az xəbər evrir ki, bu göstərici ilin əvvəlindən 7.2% (32.5 milyon manat) artıb.

Problemli kreditlərin məbləği isə son bir ildə 2.3% (10.9 milyon manat) yüksəlib.

Əlavə olaraq, ölkədə cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.23 faiz bəndi azalaraq 1.62% təşkil edib.