Bu gün

Bakıda bəzi ərazilərdə su kəsiləcək

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən, diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Kəmərin qəzalı hissəsinin yenilənməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun artıq 200 paqon metrlik hissəsi inşa edilib.

Bu səbəbdən bəzi ərazilərdə müvəqqəti su kəsintiləri və ya təchizatda məhdudiyyətlər ola bilər.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?