Bu gün

"Hava məkanından istifadə və uçuş Qaydaları" təsdiq edildi

Nazirlər Kabineti "Hava məkanından istifadə və uçuş Qaydaları"nı təsdiq edib.

Təhlil.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bundan başqa, hökumətin "Hava məkanından istifadə Qaydaları"nın və "Uçuş Qaydaları"nın təsdiq edilməsi barədə 15 yanvar 2013-cü il tarixli qərarları qüvvədən düşüb. Qaydalar "Aviasiya haqqında" qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya uyğun həyata keçirilir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?